Uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkən Xalq artisti Ramiz Məlikdən xəbər var.
OLAY yazır ki, səhhəti ilə maraqlanmaq üçün sənətçiyə zəng etdik. Zəngimizə özü cavab verməsə də, aktyorun yaxını saytımızın jurnalistinə bu sözləri dedi:
“Siz kimsiniz ki, onunla maraqlanırsınız? Həkim, ya prokurorsunuz? Məqsədiniz nədir? İmkan verin, sağlamlığı ilə məşğul olsun. Vəziyyəti yaxşı deyil”.
Qeyd edək ki, Ramiz Məlik Milli Onkologiya Mərkəzində müalicə alırdı. O, ötən ay evə buraxılıb və müalicəsi davam etdirilir.