Volqoqrad İncəsənət və Mədəniyyət İnstitutunun direktor və dosenti Yevgeni Basilaşvilinin ölüm səbəbi bəlli olub.
OLAY yazır ki, Gürcüstan SSR Əməkdar artisti ürəktutmasından dünyasını dəyişib.
Aktrisa Olqa Aleşinanın sözlərinə görə, sənətçinin ürəyində problemlər olub.
“Yevgeninin ürəyi qəfil dayandı. Ürəyi dözə bilmədi. Keçən ildən bəri o, özünü çox yaxşı hiss etmirdi. Koronavirusa yoluxandan sonra bədəni zəifləmişdi”, - deyə, o bildirib.