İncəsənət
İncəsənət

“Milli Kino telekanalı yaradılsın”

“Milli Kino telekanalı yaradılsın”

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov Milli Kino telekanalının yaradılmasını təklif edib.

OLAY yazır ki, “Azərbaycan Kinosu – 125. Reallıq, çağırışlar və hədəflər” mövzusunda keçirilmiş Kino Forumundan sonra Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən Mədəniyyət Nazirliyinə əməli təkliflər təqdim edilib.

Təkliflərə kino təhsili, kinonun maliyyələşmə siyasəti, kinofestivallar, kino sahəsində icitimai təşkilatlar, Kino evinin təsisi, yaradıcılıq və ideologiya, Dövlət Film Fondunun texniki təchizatının yenilənməsi, sosial siyasət və milli kino telekanalının təsisi daxildir.  

Təkliflərdən biri də milli kinonun müsbət imicinin formalaşması, təbliği üçün milli filmlərin nümayişi üzrə formalaşan “Bizim kino” televiziya kanalı təsis edilməsidir. Azbüdcəli kabel telekanalı olaraq milli kinonun təbliği, layihənin əsas məqsədi olmalıdır.

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov bildirib ki, belə bir kanalın təsisi, milli filmlərimizin reytinqini, tamaşaçı sayını artırar, yeni filmlərin geniş tamaşaçı kütləsi tərəfindən tanınmasına səbəb ola bilər.