İncəsənət
İncəsənət

“Dedi ki, Azər Paşa ilə danışacam...”

“Dedi ki, Azər Paşa ilə danışacam...”

“Bizim üçün çox ağırdır. Bəzən deyirlər ki, keçər. Amma keçmir, daha da ağırlaşır”.

OLAY yazır ki, bu sözləri “Səhər mərkəzi” proqramına mərhum Xalq artisti Ramiz Novruzun  xanımı Xoşavaz Novruz deyib. O aktyorun son günlərindən danışıb:

“Özümü günahlandırıram. Onun öz otağı var, hər gecə oranın işığını yanılı qoyuram. Yandırıram, elə bilirəm ki, işdən gələcək.  Qırx gününə qədər yuxuma girməmişdi. Bir dəfə yuxuda gördüm. Elə bilirəm, o, məndən incik getdi, çünki həmişə baxırdı, deyirdi ki, məni sən yaşadırsan. Ümidi məndən gözləyirdi. Ona görə elə bilirəm ki, incidi, bunu ürəyimə salmışam. Bilməzdim ki, vəfat edər, çünki sona qədər danışa bilirdi. Mənə dedi ki, gedib Azər Paşa (Mərhum Xalq artisti Azər Paşa Nemətov -red.) ilə danışacam, əlil arabası ilə səhnəyə çıxacağam. Dedim, elə olmaz. Ona görə əsəbiləşdi, dedi, nə söyləyirəm, ağzımdan vurursan”.