İncəsənət
İncəsənət

“Teatr ya bu döngədə xilas olacaq, ya da...”

“Teatr ya bu döngədə xilas olacaq, ya da...”

Xalq artisti Nurəddin Mehdixanlı ötən gün keçirilən Teatr Forumu barədə açıqlama edib.

OLAY yazır ki, ustad aktyor sözügedən tədbirin Azərbaycan teatr sənətinin son döngədə sonuncu şansı olduğunu söyləyib:

“Forumdakı ilk çıxışımda da bunu söylədim. Bəlkə də bu Forum, Azərbaycan teatr sənətinin son döngədə sonuncu şansdır. Azərbaycan teatr sənəti ya bu döngədə xilas olacaq, ya da hər şey olduğu kimi davam edəcək. Bu o deməkdir ki, heç bir şey dəyişməyəcək, biz dünyada gedən proseslərdən kənarda qalacağıq.

Heydər Əliyev Mərkəzində keçirilən bu tədbir Azərbaycanın mədəniyyət tarixi və taleyində olduqca önəmli bir məqamdır. İllərdən bəri yığılmış və deyilməsinə cəsarət edilməyən məsələlər burada müzakirə edilir, həll yolları axtarılır. Teatr canlı orqanizmdir. Biz bilirik haramız ağrıyır, ancaq özümüz özümüzü sağalda bilərik. Bu Forum dayanmış, yolunu müəyyən mənada tapmaqda çətinlik çəkən teatrın yolunu doğru düzgün müəyyən eləməkdən bizə köməklik edəcək. Bu Forum Azərbaycanın mədəniyyət tarixində ciddi dönüş nöqtəsi olacaq. Bir milləti var edən onun mədəniyyətdir. İnanıram ki, çox şey yaxşı istiqamətdə dəyişəcək”.