İncəsənət
İncəsənət

Vaqif Mustafayevin filmi nümayiş olunacaq

Vaqif Mustafayevin filmi nümayiş olunacaq

11 aprel 2023-cü il tarixində, saat 20:00-da Bakıda Rus evində (Üzeyir Hacıbəyli, 77B) Mədəniyyət Nazirliyinin sifarişi ilə Xalq artisti Vaqif Mustafayevin çəkdiyi, 100 illik yubileyi ilə əlaqədar görkəmli bəstəkar Fikrət Əmirovun həyat və yaradıcılığına həsr olunmuş bədii-sənədli filmin nümayişi keçiriləcək.

OLAY yazır ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilir ki, filmin ssenari müəllifi və rejissoru Vaqif Mustafayev, operatoru Orxan Abbasov, montaj rejissoru Əsgər Rəhimov, prodüseri Nazim Hüseynovdur.