Akademik Milli Dram Teatrının direktoru Azər PaşaNemətovun ölümü ilə incəsənət ocağında bəzi qaydalarda dəyişiklik edilib.
OLAY yazır ki, ötən ay Xalq artisti Ramiz Novruzla vida mərasiminin teatrda keçirilməməsi narazılıq yaratmışdı. Bu zaman teatrın mətbuat xidməti yerli mediaya belə açıqlama vermişdi:
“Artıq uzun illərdir dünyasını dəyişən görkəmli sənətkarlarla vida mərasimi onların öz evində keçirilir. Bu, qəbul olunmuş qaydadır. İctimaiyyətin, teatrsevərlərin narahatlığını anlayırıq və onların bu istəyinə böyük hörmətlə yanaşırıq”.
Bu gün yayılan məlumatda isə qaydalarda dəyişiklik olduğu öz əksini tapıb. Mərhum Azər Paşa Nemətovla vida mərasiminin teatrda olacağı bildirilib.
Qeyd edək ki, sözügedən mərasim illər sonra AzDrama-da keçirilən ilk vida gecəsi olacaq.