“Azərbaycanfilm” kinostudiyasının baş redaktoru Ayaz Salayev açıqlaması ilə diqqət çəkib.
OLAY yazır ki, Əməkdar incəsənət xadimi “Report”a müsahibəsində iki kinematoqrafiya ittifaqıyla bağlı fikirlərini bölüşüb:
“Bu iki təşkilat da Azərbaycan xalqına, dövlətinə və sənətinə müxtəlif prizmalardan yanaşan təşkilatdır. Mənim bu və ya digər təşkilatda olmağım da bununla bağlıdır və mənim üçün prinsipial məsələdir. Heç kim məni bir ittifaqdan çıxıb digərinə getməyə məcbur etməyib. Bu qərarı vicdanımın səsi ilə vermişəm. Vaxtı çatanda həmin məsələ barədə hər şeyi xırda detallarına qədər bir məqalədə yazacağam”.
Pedaqoq “Azərbaycan Respublikası Kinematoqrafiya təşkilatı ilə Azərbaycan Kinematoqrafiya Təşkilatı birləşə bilərmi” sualına isə belə cavab verib:
“Çətin məsələdir. Əgər belə bir şey olsa, mən təşkilatda qalmayacağam. Hər iki təşkilatda hörmət etdiyim insanlar var. Lakin qeyd etdiyim kimi bu mənim üçün prinsipial məsələdir”.