İncəsənət
İncəsənət

Xalq artisti Mədəniyyət nazirinin müavini oldu

Xalq artisti Mədəniyyət nazirinin müavini oldu

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Murad Hüseynov Mədəniyyət nazirinin müavini təyin edilib. 

OLAY yazır ki, Murad Hüseynov bu təyinatadək Beynəlxalq Muğam Mərkəzinin direktoru vəzifəsində çalışıb. Pianoçu, beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Respublikasının Xalq artistidir. 2001-ci ildən Bakı Musiqi Akademiyasında müəllim-professor kimi fəaliyyət göstərir.

O, Bakı Musiqi Akademiyasının və Paris Ali Musiqi Akademiyasının məzunudur. Bir çox beynəlxalq müsabiqələrin laureatı və diplomantıdır, bir sıra  məşhur orkestr və musiqi kollektivləri ilə birgə konsertlər verib.