İncəsənət
İncəsənət

Xalq artisti həyatını itirdi

Xalq artisti həyatını itirdi

Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Əli Əsgərov vəfat edib.

OLAY yazır ki, sənətçi bu gün 62 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Əli Rəhim oğlu Əsgərov 25 noyabr 1961-ci ildə Bakıda anadan olub. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) vokal şöbəsini və aspiranturasını bitirib. 1989-cu ildən Akademik Opera və Balet Teatrının solisti idi.  1998-ci ildə “Əməkdar artist”, 2012-ci ildə “Xalq artisti” fəxri adlarına, dəfələrlə Prezident mükafatına layiq görülüb.