İncəsənət
İncəsənət

İlqar Muradov Türkiyəyə pul göndərəcək 

İlqar Muradov Türkiyəyə pul göndərəcək 

Türkiyədə baş vermiş fəlakətlə bağlı yaradıcılıq gecəsinin tarixi dəyişdirilən Xalq artisti İlqar Muradov konsertindən yığılan pulun müəyyən hissəsini qardaş ölkəyə yardım üçün göndərəcək.

OLAY yazır ki, bu barədə sənətçi  AZƏRTAC-a açıqlamasında deyib:

“Türkiyədə baş verənlər böyük faciədir, əsrin fəlakətidir. Bu gün biz Türkiyənin yanındayıq. Dövlət olaraq, xalq olaraq qanı qanımızdan olan qardaşlarımızın yanındayıq. Yüksək dövlət xadimlərindən tutmuş sıravi vətəndaşlara qədər hər kəs əlindən gələn köməyi edir. Biz də düşündük ki, konsertimizdən əldə olunan vəsaitin müəyyən hissəsini Türkiyədəki müvafiq qurumların hesabına köçürək. Biz birlikdə güclüyük!”.

Qeyd edək ki, İ. Muradovun 65 illik yubileyi münasibətilə fevralın 12-də Heydər Əliyev Sarayında keçirilməsi nəzərdə tutulan tədbir fevralın 17-si baş tutacaq.

Müğənni gecədə öz repertuarından olan mahnılarla pərəstişkarlarının qarşısına çıxacaq. Tamaşaçılar konsertdə Xalq artistinin sənət dostlarının çıxışlarını də izləyə biləcək.