İncəsənət
İncəsənət

Gürcüstanın Xalq artisti vəfat etdi

Gürcüstanın Xalq artisti vəfat etdi

Gürcüstanın Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, tanınmış aktyor Cemal Qaqanidze 89 yaşında vəfat edib.

OLAY yazır ki, bu barədə məlumatı onun çalışdığı Rustaveli Teatrı yayıb.

Aktyorun vəfatı ilə əlaqədar Gürcüstanın Baş naziri İrakli Qaribaşvili onun yaxınlarına və həmkarlarına başsağlığı verib.

1956-cı ildən Rustaveli teatrında çalışmış Cemal Qaqanizde müxtəlif teatr tamaşaları ilə yanaşı 20 dən çox filmdə rol alıb.