Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqında üzvlərinin ayrılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirilib.
Bu barədə ittifaqdan OLAY-a açıqlama verilib.
“Məlumat üçün bildiririk ki, ARKİ-nin Nizamnaməsinə əsasən səbəbindən asılı olmayaraq istənilən üzv olan şəxs istənilən vaxt üzvlükdən imtina etməklə əlaqədar ərizə ilə müraciət edə bilər. Mətbuatda adları təqdim edilən ARKİ-nin bəzi üzvlərinin üzvlükdən imtina etməsi ilə əlaqədar bildiririk ki, üzvlükdən imtina ilə əlaqədar ARKİ-yə heç bir müraciət daxil olmamışdır. Adları mətbuata təqdim edilən bəzi üzvlərlə əlaqə saxlanılmış, lakin həmin üzvlər xəbəri mətbuatdan eşitdiklərini və üzvlükdən imtina barədə nə şifahi, nə də yazılı müraciət etmədiklərini ifadə edərək əksinə adlarından istifadə edərək bu xarakterli məlumatın yayılmasına tənqidi yanaşdıqlarını bildirmişlər”.