İncəsənət
İncəsənət

Şəfiqə Məmmədovanın səhhəti pisləşib?

Şəfiqə Məmmədovanın səhhəti pisləşib?

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədovanın vəziyyətinin pisləşməsi və xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbər yayılıb. 

OLAY məsələni aydınlaşdırmaq üçün aktrisanın özü ilə əlaqə saxlayıb. Telefonumuza cavab verən köməkçisi Sevda xanım mediada yer alan məlumatların yalan olduğunu bildirib:

“Şəfiqə xanım hazırda işdə öz otağındadır. Çox yaxşıdır. Tamamilə yanlış məlumatdır”. 

Qeyd edək ki, sənətçinin vəziyyətinin anidən pisləşməsi ilə bağlı xəbəri manset.az saytı yayıb.