İncəsənət
İncəsənət

Elxan Cəfərov 20 yanvarla bağlı film çəkdi

Elxan Cəfərov 20 yanvarla bağlı film çəkdi

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) təşəbbüsü əsasında xalqımızın qəhrəmanlıq salnaməsi olan 20 Yanvar hadisələri və bu olaylar zamanı şücaət göstərmiş dənizçilərimiz haqqında “20 Yanvarda doğulanlar” adlı bədii-sənədli film çəkilib.

OLAY yazır ki, filmin ssenarisi hadisələrin iştirakçısı olmuş dənizçilərin açıqlamaları və xatirələri əsasında yazılıb. Həmçinin ssenarinin ərsəyə gəlməsində o dövrün araşdırmaçı tarixçiləri, peşəkar ssenaristlər və hərbi ekspertlər də yaxından iştirak ediblər.

Bədii-sənədli filmin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Elxan Cəfərovdur. Ekran işində Rüstəm Cəbrayılov, Rasimə Abbasova və başqaları çəkilib.

Qeyd edək ki, “20 Yanvarda doğulanlar” filmi 20 yanvar 2023-cü ildə İTV-də və ASCO-nun bütün rəsmi sosial şəbəkə hesablarında yayımlanacaq.