Yanvarın 7-də Osloda “Deichman Bjorvika” Mədəniyyət Mərkəzində Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, modelyer-dizayner Gülnarə Xəlilovanın “Northern Stories by CİZGİ” (“Şimal hekayələr CİZGİ-ilə”) adlı ekspozisiyasının açılışı olacaq.
OLAY yazır ki, Osloda Azərbaycan Evi tərəfindən təşkil olunan tədbirdə qonaqlara Gülnarə Xəlilovanın Norveç və Qarabağ ornamentləri ilə əl işləri, ipək yaylıqlar və libaslar təqdim ediləcək.
Qeyd edək ki, bundan əvvəl Gülnarə Xəlilovanın kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç və digər ölkələrdə keçirilən moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş etdirilirdi.