İncəsənət
İncəsənət

Əhməd Bakıxanovun yubileyi keçirildi

Əhməd Bakıxanovun yubileyi keçirildi

Görkəmli tarzən, Xalq artisti Əhməd Bakıxanovun 130 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

OLAY yazır ki, tədbir dekabrın 22-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbi Bakı Musiqi Akademiyasının Opera studiyasında baş tutub.

Tədbirdə Xalq artistləri Ağaverdi Paşayev, Tofiq Bakıxanov, Baş İdarənin rəis müavini Nazim Əliyev, Əməkdar incəsənət xadimi Nazim Kazımov, Əməkdar artist Zakir Əliyev, Beynəlxalq müsabiqələr laureatları Fəxri Kazım-Nicat, Elvin Səfərov, Cabbarlı Özcan iştirak edib.

Musiqili gecədə məktəbin məzunlarından “Natiq” ritm qrupunun rəhbəri, Xalq artisti Natiq Şirinov, Fikrət Əmirov adına Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Xəzər Universitetinin Kamera Orkestri, Akademik Opera və Balet Teatrının solisti, Əməkdar artist İnarə Babayeva, estrada müğənnisi İlqar Xəyal, Beynəlxalq Müsabiqələr laureatı Kamal Nuriyev və bəstəkar Sevda Rəhimovanın çıxışları gurultulu alqışlarla qarşılanıb.

Musiqi salnaməmizə mühüm səhifələr yazmış tarzən Əhməd Bakıxanova həsr olunmuş konsert iştirakçılarda xoş təəssürat yaradıb.