Londonda “Cineworld Cinema”da ölkənin aparıcı kino, təsviri incəsənət, memarlıq, dəb ustalarının iştirakı ilə tədbir keçirilib.
OLAY yazır ki, “British Film Festival” hər il keçirilən və həm sənət dairələrinin, həm də Britaniya ictimaiyyətinin böyük diqqətini cəlb edən mühüm hadisədir.
Festivalda bir neçə kateqoriyada Britaniya və Avropa filmləri rəqabət aparıb. Sənədli filmlər kateqoriyasında Azərbaycan istehsalı, rejissor Şamil Əliyevin “Yaradıcılar” (“Creators”) filmi birinci yerə layiq görülərək mükafat qazanıb.
Film Azərbaycanın məşhur memarlarının yaradıcılığına həsr edilib və onların əsərlərinin müasir Bakının simasını dəyişməsindən bəhs edir. Film Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin köməyi ilə işıq üzü görüb. Mükafatı yaradıcı heyət adından Azərbaycanın Londondakı Səfirliyinin müşaviri Rəşad Vahabzadə qəbul edib.