Bir müddətdir yoxlama aparılan Abdulla Şaiq adına Dövlət Kukla teatrında gözlənilməz mətbuat konfransı keçiriləcək.
Bu barədə OLAY-a teatrın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu gün baş tutacaq konfransı direktor Rəşad Əhmədzadə son anda qərarlaşdırıb:
“Bu gözlənilmədən planlaşdırılan konfransdır. Sadəcə baş verən hadisələrə etiraz olaraq teatrın direktoru dözə bilmədiyini və mətbuatın diqqətinə hər bir məlumatın çatdırılacağını, dedi”.