Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qızıl sikkələr hazırlanacaq.
OLAY yazır ki, bu barədə Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planında əks olunub.
İcraçı orqanlar Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Azərbaycan Mərkəzi Bankıdır. Sikkələrin hazırlanması 2023-cü il fevral-may ayını əhatə edəcək.