İncəsənət
İncəsənət

13-cü Bakı Beynəlxaq Qısa Filmlər Festivalına start verildi

13-cü Bakı Beynəlxaq Qısa Filmlər Festivalına start verildi

Noyabrın 11-də Nizami Kino Mərkəzində XIII Bakı Beynəlxalq Qısa Filmlər Festivalının açılış mərasimi təşkil olunub.

OLAY yazır ki, açılış tədbirində Mədəniyyət Nazirliyinin rəsmiləri, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, festivalın beynəxalq tərkibli münsiflər heyətinin üzvləri, həmçinin mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər.

Festivala ümumilikdə 79 ölkədən 814 film təqdim edilib. Bunlardan 91-i yerli müsabiqəyə təqdim olunub. Seçim komissiyasının qərarına əsasən, 32 film festivalın beynəlxalq, 40 film isə yerli müsabiqədə iştrak hüququ qazanıb.

Festivalın əsas mükafatı "Qızıl Nar"dır. Builki festivalda ilk dəfə "Asiya istedadları" müsabiqə proqramı da daxil edilib. Burada yalnız Asiya ölkələrinin bədii filmləri yarışacaq. Mobil telefonla çəkilən filmlərdən ibarət "Cinemobil" müsabiqəsində isə 4 film yarışacaq. Festivalda müsabiqədən kənar "Dili bizim" proqramının da olması nəzərdə tutulub. Festivala 15 noyabrda yekun vurulacaq.