Azərbaycan ifaçılıq sənətinin görkəmli nümayəndəsi, mərhum Xalq artisti Şövkət Ələkbərovanın 100 illiyi münasibətilə xatirə gecəsi keçiriləcək.

OLAY yazır ki, tədbir dekabrın 1-i Heydər Əliyev Sarayında baş tutacaq.

Gecədə tanınmış incəsənət xadimlərinin ifasında sənətkarın repertuarından unudulmaz mahnılar səsləndiriləcək.