Son günlərdə yaxta tətili ilə gündəmə gələn Türkan Şoray bu dəfə sosial media paylaşımı ilə diqqət çəkib.
OLAY yazır ki, ustad sənətçi 2019-cu ildə qızı Yağmur Ünal ilə birlikdə Simi adasında eyni skamyada çəkdirdiyi fotosunu paylaşıb. Daha sonra isə illər sonra yenidən həmin adaya etdikləri səfər zamanı eyni skamyada çəkdirdikləri yeni pozanı izləyicilərə təqdim edib.