Futbolçu Kristiano Ronaldonun və Corcina Rodrigesin ilk toy fotoları “Vogue” jurnalının İnstaqram hesabında yayımlanıb.
OLAY yazır ki, jurnalın üz qabığı üçün Corcina Rodriges “Gucci” brendinin ağ kostyumunu seçib. Bu marka onun həyatında xüsusi əhəmiyyət daşıyır. O, əvvəllər Gucci butikində satıcı kimi çalışıb və məhz orada Kristiano Ronaldo ilə tanış olub.
Jurnalda cütlüyün ailə həyatının müxtəlif aspektlərini əks etdirən fotolar da yer alıb: birlikdə idman məşqlərindən kadrlar, Ronaldo ailəsinin gündəlik həyatından görüntülər, həmçinin Corcinanın dəbdəbəli brilyant zinət əşyaları ilə çəkilmiş fotosu təqdim olunub.