38 yaşlı müğənni Rihanna İnstaqramda reper Eysəp Rokkidən olan hər üç övladı ilə nadir fotolarını paylaşıb.

OLAY yazır ki, müğənni oğulları Rza və Riot, eləcə də qızı Roki ilə birlikdə uşaqlığının keçdiyi Barbadosdakı Vestberi-Nyü-Roud küçəsində yerləşən doğma evini ziyarət edib. Küçənin adı hazırda sənətçinin şərəfinə “Rihanna Drive” adlanır.

“Bəzən hələ də özümü Vestberidəki o balaca qız kimi hiss edirəm… Bir an sonra isə artıq uşaqlarımı Rihanna Drive-a gətirirəm. Həyatın necə cərəyan etməsi inanılmazdır! Amma bütün şöhrət yenə də və həmişə Uca Allaha məxsusdur!” deyə Rihanna fotoların altında yazıb.

Rihanna övladlarını göstərdi Rihanna övladlarını göstərdi Rihanna övladlarını göstərdi