Müğənni Madonnanın böyük qızı Lourdesin 30 yaşı tamam olub.

OLAY yazır ki, pop ulduzu sosial şəbəkələrdə qızını açıq şəkildə təbrik edib, həmçinin ailə arxivindən nadir fotolar paylaşıb.

68 yaşlı Madonna təbrikində bu sözləri yazıb:

“Ad günün mübarək, mənim Lolita’m! Sən həyatı adlanan çılğın bir yuxudan mənə gəldin. Sənin dünyaya gəlişin dramatik olmuşdu: 18 saatlıq doğuşdan və ürək döyüntülərinin zəifləməsindən sonra həkimlər təcili qeysəriyyə əməliyyatı etməli oldular. Aramızdakı bağ sanki Bibliyadandır. Biz bir sikkənin iki üzüyük və sənin üçün hər şeyi riskə atmağa hazıram. Heç vaxt kim olduğunu unutma, mənim balaca ulduzum, göydəki bütün ulduzlardan daha parlaq parlayanım! Xəyallar qurmaqdan heç vaxt vaz keçmə, mənim kəpənəyim, haradan gəldiyini də unutma”.

Qeyd edək ki, Lourdes Leon Madonnanın kubalı əsilli fitnes məşqçisi və aktyor Karlos Leonla münasibətindən dünyaya gəlib. Cütlük üç il birlikdə olub və qızlarının doğulmasından bir il sonra ayrılıb.

Qızının 30 yaşına özəl arxiv fotolar paylaşdı Qızının 30 yaşına özəl arxiv fotolar paylaşdı Qızının 30 yaşına özəl arxiv fotolar paylaşdı Qızının 30 yaşına özəl arxiv fotolar paylaşdı Qızının 30 yaşına özəl arxiv fotolar paylaşdı Qızının 30 yaşına özəl arxiv fotolar paylaşdı Qızının 30 yaşına özəl arxiv fotolar paylaşdı Qızının 30 yaşına özəl arxiv fotolar paylaşdı