Rusiya prezidenti Vladimir Putinin mum heykəli Parisdəki Qreven muzeyindən götürülüb.

OLAY yazır ki, muzey rəhbərliyi ziyarətçilərin bir neçə dəfə ona hücum etmək istədiklərini bildirib. 

Onun sözlərinə görə, baş verən hadisələrdən sonra özləri də heykəlin yanından keçmək istəməyiblər:

Putinin heykəli “Qreven”dən götürüldü

“Artıq Putini təmsil etmək istəmirik. Muzeydə ilk dəfə baş verən tarixi hadisələr səbəbi ilə bir şəxsiyyətin heykəlini belə tez götürürük”.

Rusiya prezidentinin personajı Co Bayden və Şi Jinpingin yanında dururdu. Onun yerinə kimin heykəlinin qoyulacağı soruşulanda bu şəxsin Ukrayna prezidenti Volodimir Zelenski ola biləcəyi deyilib. 

Putinin heykəli “Qreven”dən götürüldü