Türk aktrisa Demet Özdemir Paris Moda Həftəsində iştirak edib.
OLAY yazır ki, məşhur aktrisa “Balenciaga” brendinin Moda Həftəsi çərçivəsində təşkil etdiyi dəfiləyə qatılıb.
Brendin 2027-ci ilin yaz-yay kolleksiyasının təqdim olunduğu tədbirdə Özdemir arxası yerə qədər uzanan qəhvəyi zamşa köynəyi və bol kəsimli cins şalvarı ilə diqqət çəkib. Aktrisa yenilədiyi imici ilə kameralar qarşısına keçərək pozlar verib.