29 yaşlı model və aktrisa Bruks Neyder Fransanın Kann şəhərində diqqət mərkəzinə düşüb.
OLAY yazır ki, o, “Malibu Xilasediciləri” serialının yenidən ekranlara qayıtması ilə bağlı keçirilən mətbuat konfransında iştirak edib.
Bruks tədbirə qara dəri korset, qara losin, uzunboğaz çəkmələr, opera əlcəkləri və gün eynəyi ilə qatılıb. Onun seçimi moda həvəskarlarının diqqətini çəkib.
Modelin geyimi Pamela Andersonun 1995-ci ildə Kann Film Festivalında “Barb Wire” filmini təqdim edərkən geyindiyi obrazı xatırladıb. Bruks Neyderin bu görünüşü məşhur aktrisaya stilistik ehtiram kimi qiymətləndirilib.