Məşhur aktyor Metyu Makkonaxi böyük oğlu Levi ilə nadir fotosunu paylaşıb.
OLAY yazır ki, paylaşımın səbəbi oğlunun 18 yaşını qeyd etməsi olub. Şəkildə aktyor və oğlu eyni üslubda, cins şalvar və köynəkdə poza verirlər.
“18 yaş. Bax budur, əsl dostum. Yeni azadlıqlarından zövq al və onlardan ağılla istifadə et” deyə Makkonaxi fotoya şərh yazıb.
Metyu Makkonaxi braziliyalı model Kamila Alves ilə evlidir. Tanış olduqdan təxminən ilyarım sonra cütlüyün ilk övladı Levi dünyaya gəlib. Daha sonra ailədə daha iki uşaq doğulub: 2010-cu ilin yanvarında qızları Vida, 2012-ci ilin dekabrında isə oğulları Livinqston.