Aktyor Konnor Storri Fransanın Paris şəhərində yerləşən oteldən çıxarkən görüntülənib.
OLAY yazır ki, 26 yaşlı aktyor pərəstişkarları tərəfindən bir neçə gəzinti zamanı da görüntülənib.
Fotolarda Konnor yaşıl rəngli uzunqol, yaxalı köynək və tünd yaşıl şalvarda olub. O, görünüşünü qara loafer ayaqqabılar, “Los Angeles Dodgers” komandasının kamuflyaj naxışlı beysbol papağı və bej rəngli kiçik çanta ilə tamamlayıb.