Tanınmış aktrisa Ece İrtemin qəfil ölümünün səbəbi ilə bağlı gözlənilən Məhkəmə Tibbi Ekspertizası hesabatı ictimaiyyətə açıqlanıb.
OLAY yazır ki, vəkili Uğur Gökkoyun tərəfindən edilən rəsmi yazılı açıqlamaya görə, ekspertizanın rəyi nəticəsində aktrisanın ölümünə alkoqol zəhərlənməsinin səbəb olduğu müəyyən edilib.
Aparılan analizlər zamanı İrtemin qanında 3.95 promilalkoqol aşkar olunub.
Açıqlamada diqqətçəkən digər mühüm detal isə aktrisanın səhhətindəki son problemlərlə bağlıdır. Məlum olub ki, Ece İrtem bir müddət əvvəl Taylandda olarkən meymun dişləməsi səbəbindən müalicə alıb. Ona həkimlər tərəfindən təyin olunan 21 günlük dərman müalicəsini cəmi 11 gün davam etdirdiyi və daha sonra prosesi yarımçıq qoyduğu təsbit edilib.
Vəkil Uğur Gökkoyun, hadisə günü aktrisanın alkoqolu anası ilə görüşməzdən əvvəl qəbul etdiyini təxmin etdiklərini bildirib.