Məşhur rus müğənni Nyuşa keçmiş həyat yoldaşı İqor Sivovdan olan uşaqları ilə necə vaxt keçirdiyini göstərib.

OLAY yazır ki, boşanmadan sonra onların səkkiz yaşlı qızı Serafima-Simba və beş yaşlı oğlu Saffron Dubayda ataları ilə yaşamağa davam edirlər.

Müğənni sosial şəbəkədə qızının gimnastika yarışından video paylaşıb. Nyuşa oğlu ilə birlikdə zaldan Simbanı dəstəkləyib. Yarışın sonunda qız birinci yeri tutub.

Xatırladaq ki, cütlük 2017-ci ildə evlənib. Bir il sonra onların qızı Serafima-Simba, 2021-ci ildə isə oğlu Saffron dünyaya gəlib. Daha sonra məlum olub ki, Sivov Nyuşanın ikinci hamiləliyi zamanı ona xəyanət edib. Nyuşa 2024-cü ildə İqordan boşanıb.

Nyuşa ayrı yaşadığı övladlarını göstərdi Nyuşa ayrı yaşadığı övladlarını göstərdi