59 yaşlı aktrisa Nikol Kidman kiçik bacısı, 56 yaşlı Antoniya Kidmanla birlikdə İslandiyada kruiz səyahətinə çıxıb.
OLAY yazır ki, Hollivud aktrisası səyahətdən çəkdiyi fotoları sosial şəbəkələrdə paylaşıb. Fotolarda Nikol Kidmanı kruiz gəmisinin göyərtəsində, cakuzi və barda, eləcə də quruda, İslandiyanın təbiəti ilə əhatə olunmuş halda görmək mümkündür.