Şair Nazilə Səfərlinin vəkili Fuad Bədəlov onun rəqqasə Fatimə Fətəliyevadan 50 min manat təzminat istəməsi iddiasını təsdiqləyib.

Bu barədə hüquqşünas OLAY-a açıqlama verib. Əvvəlcə Səfərli ilə əlaqə saxlasaq da, o, mövzu barədə danışmaq istəməyərək bizi vəkilinə yönləndirib.

Nazilə Fatimədən 50 min tələb edir? - Açıqlama

F. Bədəlov bildirib ki, müvəkkili Fətəliyevadan mənəvi təzminat tələb edib: “50 min manat mənəvi təzminat istənilir. Hələ ki, iş ekspertizadadır, icraat dayandırılıb”.

Qeyd edək ki, Nazilənin rəqqasədən 50 min manat təzminat istəməsi xəbərini axsam.az saytı yayıb.

Nazilə Fatimədən 50 min tələb edir? - Açıqlama