“Yeraltı” serialında Mələk obrazını canlandıran Ülkü Hilal Çiftçinin atası Ünal Çiftçi qızının meneceri və tərəf-müqabili Hakan Çelebi barəsində cinayət işi qaldırıb

OLAY yazır ki, son dövrlər “Yeraltı” serialında Mələk rolunu canlandıran gənc nəslin uğurlu aktrisalarından olan 17 yaşlı Ülkü Hilal Çiftçinin atası Ünal Çiftçi İstanbul Anadolu Baş Prokurorluğuna şikayət ərizəsi təqdim edib.

Uzun illərdir serial və film sektorunda  çalışan Ünal Çiftçi həddi-büluğa çatmayan qızının ondan icazə alınmadan layihələrdə çalışdırıldığını və “Yeraltı” serialındakı tərəf-müqabili Hakan Çelebi ilə sevgili olduğunu iddia edib.

Həyat yoldaşı ilə boşanma ərəfəsində olan və əsl peşəsi qənnadçı olan Ünal Çiftçi ifadəsində bunları bildirib:

“Mənim 17 yaşında Ülkü Hilal Çiftçi adında bir qızım var. Qızım ‘OnTalent’ menecerlik şirkətinin tərkibində aktrisalıq edir. Lakin çəkiliş meydançasında özündən 10 yaş böyük bir şəxslə sevgili olduqlarını qızımın ‘WhatsApp’ yazışmalarında gördüm və bu vəziyyətdən narahat oldum. Həyat yoldaşım Kader Çiftçi ilə nikahımız davam edir, lakin o, bu məsələyə heç bir reaksiya vermir.

Menecerlik şirkətinin sahibi Gözde Yılmaz adlı şəxsdir. Qızımın aktrisalıq fəaliyyəti üçün bizdən icazə alınmalı olduğu halda, şirkət tərəfindən heç vaxt razılığım alınmayıb. Bu səbəbdən ‘OnTalent’ menecerlik şirkətinin sahibi Gözde Yılmaz və qızımın həddi-büluğa çatmamasına baxmayaraq onunla sevgili münasibəti quran çəkiliş yoldaşı Hakan Çelebi haqqında şikayətçiyəm”.

“Qızım özündən 10 yaş böyük tərəf müqabili ilə sevgilidir” “Qızım özündən 10 yaş böyük tərəf müqabili ilə sevgilidir” “Qızım özündən 10 yaş böyük tərəf müqabili ilə sevgilidir” “Qızım özündən 10 yaş böyük tərəf müqabili ilə sevgilidir” “Qızım özündən 10 yaş böyük tərəf müqabili ilə sevgilidir” “Qızım özündən 10 yaş böyük tərəf müqabili ilə sevgilidir” “Qızım özündən 10 yaş böyük tərəf müqabili ilə sevgilidir” “Qızım özündən 10 yaş böyük tərəf müqabili ilə sevgilidir” “Qızım özündən 10 yaş böyük tərəf müqabili ilə sevgilidir” “Qızım özündən 10 yaş böyük tərəf müqabili ilə sevgilidir”