Türkiyəli aktrisa Neslihan Atagül ana olduqdan sonra da səyahətlərinə davam etdiyini, lakin bunu göz önündə etmədiyini bildirib.
OLAY yazır ki, “Bu Evde Afet Var” adlı uşaq kitabının təqdimatında danışan aktrisa “Sizə hiss etdirmədən gəzirəm” deyib.
Atagül oğlu Azizi çəkiliş meydançalarına aparacağını da bildirib. O, hazırda oğlunun yer alacağı reklam təkliflərini qəbul etmədiyini, Aziz böyüyüb qərar verə biləcək yaşa çatdıqda isə bu barədə onun fikrini soruşacağını söyləyib.
Qeyd edək ki, Neslihan Atagül 2016-cı ildə Kadir Doğulu ilə ailə həyatı qurub. Cütlüyün Aziz adlı oğlu ötən ilin martında dünyaya gəlib.