Türk aktyor Gökhan Türkmen həyat yoldaşı Sinem Aksoy və qızları Nil Rona Türkmen ilə Leyla Ada Türkmen birlikdə Bodrumda dənizin və günəşin dadını çıxarıb.
OLAY yazır ki, Ortakentdəki bir çimərlikdə görüntülənən Gökhan Türkmen sahildə qızları ilə birlikdə oyun oynayıb.
Müğənni sahil boyunca gəzərək ətrafı kəşf edərkən, həyat yoldaşı Sinem Aksoy gün ərzində kompüter və telefon vasitəsilə iş görüşmələri aparıb.
Daha sonra cütlük birlikdə dənizə girərək istirahətlərini davam etdirib.