Aktyor Conni Depp səkkiz ildən sonra yenidən böyük ekranlara qayıdır.
OLAY yazır ki, “Paramount” studiyası aktyorun Çarlz Dikkensin “Milad nəğməsi” əsərindəki məşhur “Skruc” obrazını canlandırdığı “Ebenezer” (“Scrooge”) adlı Milad filminin tanıtımına başlayıb.
Filmin 13 noyabrda kinoteatrlarda nümayiş olunması planlaşdırılır. Bu ekran işi Deppin uzun müddətdən sonra Hollivudda çəkildiyi ilk böyük layihə olacaq.
Aktyorun karyerasında son illər səs-küylü məhkəmə prosesləri səbəbindən çətin keçib. Əsas münaqişə keçmiş həyat yoldaşı Ember Herdin ona qarşı irəli sürdüyü məişət zorakılığı ittihamları ətrafında baş verib.