39 yaşlı supermodel Rozi Hantinqton-Uaytli və 58 yaşlı aktyor Ceyson Stetem hazırda Maltada istirahət edirlər.
OLAY yazır ki, cütlüyü bu səfərdə övladları oğlu Cek və qızı İzabella, həmçinin modelin kiçik qardaşı Tobi və onun həyat yoldaşı müşayiət edir.
Rozi sosial media hesabında tətilindən fotolar paylaşaraq dənizdə çimdiyini, yaxtada günəş vannası qəbul etdiyini və ailəsi ilə xoş vaxt keçirdiyini izləyicilərinə göstərib.