Mərhum Maykl Ceksonun bacısı, müğənni Canet Cekson “BET Awards” mükafatlandırma mərasimində qırmızı xalçada dəbli görünüşü ilə diqqət çəkib.
OLAY yazır ki, mərasim Los-Ancelesdəki “Peacock” teatrında baş tutub.
60 yaşlı sənətçi Tupak Şakur təsviri olan futbolkanı ağ zolaqlı, uzunqol köynəyin üzərindən geyinərək səhnəyə çıxıb. Onun obrazı boz zolaqlı şalvar, enli kəmər və tül detallı şlyapa ilə tamamlanıb.