“MasterChef” verilişinin münsiflər heyətinin üzvlərindən olan Somer Sivrioğlu ötən il evlilik təklifi etdiyi sevgilisi Didem Belen ilə birlikdə istirahətə yollanıb.
OLAY yazır ki, istirahət üçün Çeşmeni seçən cütlük “The Beach of Momo” çimərliyində kameralara tuş gəlib.
Dəniz kənarında itləri ilə oynayan cütlük daha sonra restoranda Somer Sivrioğlunun Avstraliyadan gələn oğlu ilə görüşərək birlikdə nahar edib.