Amerikan iş adamı İlon Mask “Google” şirkətinin qurucularından olan Sergey Braynın xanımı ilə münasibətdə olması barədə iddiaları yalanlayıb.

OLAY yazır ki, Mask bu barədə tvitter hesabında məlumat verib.

O bildirib ki, yazılanlar həqiqəti əks etdirmir:

“Sergey və mən dostuq. Biz dünən birlikdə məclisə qatılmışıq. Mən onun xanımını 3 il ərzində yalnız 2 dəfə görmüşəm, o zaman da ətrafımızda digər insanlar olub. Romantik münasibətin sözü belə gedə bilməz!”.

İlon Mask eşq iddiasını yalanladı İlon Mask eşq iddiasını yalanladı