İlin ən çox qazanan 10 məşhuru, şouçuları, musiqiçiləri və yaradıcıları açıqlanıb.
OLAY yazır ki, bu siyahıdakı sənətçilərin çoxu sürpriz olmasa da, lakin içəridə bəzi maraqlı statistikalar var. Bu siyahıda cəmi 1 milyarder var və ən çox qazanan adam heç də gözlədiyiniz biri deyil.
Rəqəmlər hamısı 2022-ci ildən etibarən vergidən əvvəlki qazanclardır və menecerlər və ya hüquqşünaslar kimi sənətçi komandalarına ödənilən rüsumlar bura daxil deyil.

10. Bəd Banni
Qazancı: 88 milyon dollar
Bəd Banninin gəlirinin çoxu onun iki turundan əldə edilib: “El Último Tour Del Mundo” və “The World’s Hottest Tour!” O, həmçinin “Bullet Train”də də səhnəyə çıxıb.

9. Teylor Svift
Qazancı: 42 milyon dollar
Onun əsas gəliri rəqəmsal platformalardan, “stream”lərdən və rekord satışlardan olub.
![]()
8. Ceyms Kemeron
Qazancı: 95 milyon dollar
Rejissor Ceyms Kemeron pulu əsasən “Avatar: Suyun Yolu” filminin kassasındandır.

7. “Rolling Stones”
Qazancı: 98 milyon dollar
İkonik qrup pullarının böyük hissəsini 136 milyon dollarlıq qastrol səfərindən və rekord satışlarından əldə edib.

6. Bred Pitt
Qazancı: 100 milyon dollar
Bred Pitt bu il “Bullet Train”, “Babylon” və “The Lost City” kimi filmlərdəki roluna görə bu qədər pul qazanıb.

5. Ceyms Bruks və Mett Qroeninq
Qazancları: 105 milyon dollar
“Simpsons”un yaradıcıları layihəni yüksək bir ödəniş qarşılığında “Disney Plus”a satıblar.

4. Trey Parker və Mett Stoun
Qazancları: 160 milyon dollar
“South Park”ın yaradıcıları bu il “Paramount” müqavilələrini böyük gəlir mənbəyi kimi göstəriblər.

3. Tayler Perri
Qazancı: 175 milyon dollar
Tayler Perrinin pulu, BET ilə müqaviləsinə əlavə olaraq, müxtəlif layihələr hazırladığı Atlantadakı kütləvi istehsal sahəsindən gəlir.
Maraqlı fakt: Tayler Perri bu siyahıdakı yeganə milyarderdir!

2. Stinq
Qazancı: 210 milyon dollar
Stinq bütün musiqi kataloqunu böyük məbləğə “Universal Music Group”a sataraq bu siyahıda 2-ci pillədə qərarlaşıb.

1. “Genesis”
Qazancları: 230 milyon dolar
“Genesis” 2022-ci ilin payızında “Concord Music Group”a etdikləri 300 milyon dollarlıq kataloq satışı səbəbilə bu siyahıda ilk pillədə yer alıblar.