Müğənni Keti Perri sevgilisi Castin Trüdo ilə birlikdə ictimaiyyət qarşısına çıxıb.

OLAY yazır ki,  müğənni və Kanadanın keçmiş baş naziri Los-Ancelesdə Corc Lukasın Nəqliyyat Sənəti Muzeyinin açılışı münasibətilə təşkil olunan qala gecəsində digər məşhurlarla birlikdə iştirak ediblər.

41 yaşlı Perri tədbir üçün “Christian Siriano” brendinə məxsus ağ rəngli, asimmetrik məxmər paltar seçib. O, görünüşünü zərif sırğalar və gümüşü rəngli klatçla tamamlayıb.

54 yaşlı Trüdo isə ağ köynəklə klassik qara kostyum geyinib.

Keti Perri sevgilisi ilə tədbirdə Keti Perri sevgilisi ilə tədbirdə Keti Perri sevgilisi ilə tədbirdə