30 yaşlı model Kendall Jenner və 29 yaşlı aktyor Ceykob Elordi münasibətlərini təsdiqləyiblər.
OLAY yazır ki, cütlük Londonun “Dorchester” otelində yerləşən “China Tang” restoranında birlikdə şam yeməyində görüntülənib.
Paparatsiyaların çəkdiyi kadrlarda cütlüyün əl-ələ tutduğu və olduqca səmimi göründüyü diqqət çəkib.