Reper Kanye Uestin Kim Kardaşyandan olan qızı Nort Parisdə keçirilən Moda Həftəsi çərçivəsində “Vetements” brendinin yeni kolleksiyasının nümayişində iştirak edib.
OLAY yazır ki, 13 yaşlı gənc müğənni Nort Uest yaxın vaxtlarda birgə tura çıxacağı rep ifaçısı Molli Santana, eləcə də “Tokio Hotel” qrupunun üzvü Bill Kaulitz ilə birlikdə nümayişi ön sıradan izləyib. Onun atası kimi fərqli tərzi diqqət çəkib.
Qeyd edək ki, Nort Uest iş qadını Kim Kardaşyan və reper Kanye Uestin böyük övladıdır. Cütlük qızları dünyaya gəldikdən bir il sonra, 2014-cü ildə evlənib. Onlar 2022-ci ildə ayrılıblar.