Məşhur iş qadını Peris Hilton imicində gözlənilməz dəyişiklik edib və pərəstişkarlarını təəccübləndirib.
OLAY yazır ki, platin rəngli saçları ilə tanınan məşhur sima uzun müddətdən sonra ilk dəfə açıq qəhvəyi tonlarda saçlarla ictimaiyyət qarşısına çıxıb. Paris uşaqları ilə istirahət fotolarını İnstaqram səhifəsində paylaşıb.
Ulduz yeni görünüşünü Miçiqandakı “Traverse City Cherry Festival”ında nümayiş etdirib. O, tədbirə üç yaşlı oğlu Feniks və iki yaşlı qızı Londonla birlikdə gəlib. Ailə gəzintisi üçün Hilton çiçək naxışlı romantik uzun don seçib, görünüşünü panama papağı və gün eynəyi ilə tamamlayıb.