Dörd il əvvəl məşhur aktyor Brüs Uillisə afazi diaqnozu qoyulduğu bildirilib.

OLAY yazır ki, məşhur aktyorun danışıq qabiliyyətini tamamilə itirdiyi barədə iddialar da yayılıb. Amma bütün bunların fonunda həyat yoldaşı Emma Heminqin paylaşdığı video böyük səs-küyə səbəb olub.

Həmin videoda Brüs Uillis ağ köynək və cins şalvarda görünür. O, bir tərəfdən şar üfürür, digər tərəfdən isə həyat yoldaşı üçün “Ad günün mübarək” mahnısını oxuyur. Bu görüntülər aktyorun vəziyyəti ilə bağlı yayılan bəzi iddiaların yenidən müzakirə olunmasına səbəb olub.

Film əfsanəsinin son halı – Foto Film əfsanəsinin son halı – Foto