Məşhur müğənni Dua Lipa atası ilə nadir fotosunu paylaşıb.

OLAY yazır ki, “Atalar Günü” münasibətilə sənətçi atası Dukaqjin Lipa ilə çəkilmiş şəklini yayımlayıb.

Fotoda Dua Lipa və atası bir-birini qucaqlayırlar. Ehtimal olunur ki, kadr müğənninin konsertlərindən birinin kulisində lentə alınıb.

“Dünyanın ən yaxşı atasının “Atalar Günü” mübarək! Səni çox sevirəm” deyə Dua Lipa sosial şəbəkə hesabının hekayə bölməsində yazıb.

Dua Lipadan atası ilə nadir foto